BIST 100
11.529,81 0,45%
DOLAR
41,0439 0,01%
EURO
47,8176 0,05%
GRAM ALTIN
4.477,90 -0,01%
FAİZ
39,42 -0,58%
GÜMÜŞ GRAM
50,96 -0,02%
BITCOIN
111.238,00 -0,11%
GBP/TRY
55,3499 0,00%
EUR/USD
1,1645 0,03%
BRENT
67,26 -2,24%
ÇEYREK ALTIN
7.321,36 -0,01%
Antalya Parçalı Az Bulutlu
Antalya hava durumu
28 °
  • ANASAYFA
  • SİYASET
  • AVROPANIN BU DÖVLƏTLƏRİ FƏLƏSTİNLƏ BAĞLI MÜRACİƏT ETDİ: “NÜFUZUMUZ TƏHLÜKƏDƏDİR”

AVROPANIN BU DÖVLƏTLƏRİ FƏLƏSTİNLƏ BAĞLI MÜRACİƏT ETDİ: “NÜFUZUMUZ TƏHLÜKƏDƏDİR”

QEZZA1

Aİ ölkələrindən - İspaniya, Belçika, İrlandiya və Maltanın baş nazirləri Avropa Şurasının sədri Şarl Mişele müraciət ediblər.


RTE-nin xəbərinə görə, dekabrın 14-15-də keçiriləcək Avropa Şurasının iclası ərəfəsində Mişelə ünvanlanməş məktubda “biz elə bir nöqtəyə gəldik ki, Aİ üç məsələdə irəliləməlidir” – davamlı humanitar atəşkəs, günahsız mülki əhalinin müdafiəsi üçün tədbirlər və iki dövlətli həllin həyata keçirilməsi üçün siyasi prosesə təcili ehtiyac var.

“Avropa Şurasının 26 oktyabr tarixli nəticələrinə uyğun olaraq, iki dövlət həllini həyata keçirmək üçün tərəflərin iştirakı ilə beynəlxalq sülh konfransının tezliklə çağırılmasında israr etməliyik. Bu təklif Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə sammitində dəstəklənib”, - məktubda deyilir.

Baş nazirlər qeyd ediblər ki, İsrail dövləti ilə yanaşı Fələstin dövlətinin də tanınması etibarlı perspektiv - regionda qarşılıqlı tanınma, sülh və təhlükəsizliyə doğru irəliləmək üçün zəruri əsasdır.

"Bu, Fələstin və İsraildə milyonlarla insan üçün qaranlıq vaxtlardır. Avropada antisemitizm hadisələri yenidən baş verir və buna dözmək olmaz. Aİ-nin hərəkətə keçmə vaxtı çatıb. Nüfuzumuz təhlükə altındadır", - deyə baş nazirlər vurğulayıblar.

Bu arada qeyd edək ki, AŞ sədri Josep Borrell bəyan edib ki, Avropa İttifaqı Qəzzadakı müharibə ilə bağlı İsrailyönlü qərəz və ikili standartlarda ittihamlar səbəbindən müsəlman dünyasında və onun hüdudlarından kənarda artan düşmənçiliklə üzləşir.

 Xatırladaq ki, Avropa İttifaqı bir neçə gün öncə HƏMAS-ın iki hərbi rəsmisini sanksiya siyahısına salıb.

 Qara siyahıya Fələstin HƏMAS hərəkatının yaraqlı qanadının - İzzəddin əl-Qəssam Briqadalarının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı daxildir. İtaliya, Almaniya və Fransa HƏMAS-a qarşı sanksiyalar təklifini dəstəkləyir.

Y.MƏMMƏDLİ

 

YORUM YAP

Yorum yapabilmek için kuralları kabul etmelisiniz.
Yeni bir yorum göndermek için 60 saniye beklemelisiniz.

Henüz bu içeriğe yorum yapılmamış.
İlk yorum yapan olmak ister misiniz?