BIST 100
9.311,88 -2,19%
DOLAR
39,4185 0,17%
EURO
45,5485 -0,29%
GRAM ALTIN
4.328,32 1,03%
FAİZ
43,86 1,91%
GÜMÜŞ GRAM
45,82 -0,84%
BITCOIN
105.567,00 0,60%
GBP/TRY
53,5176 -0,36%
EUR/USD
1,1549 -0,30%
BRENT
74,23 7,02%
ÇEYREK ALTIN
7.076,80 1,03%
Antalya Açık
Antalya hava durumu
28 °
  • ANASAYFA
  • EKONOMİ
  • TÜRKİYƏ VƏ AZƏRBAYCAN MƏTBƏXİ DÜNYANIN ƏN YAXŞI 100 MƏTBƏXİ SİYAHISINDA

TÜRKİYƏ VƏ AZƏRBAYCAN MƏTBƏXİ DÜNYANIN ƏN YAXŞI 100 MƏTBƏXİ SİYAHISINDA

metbeximiz

TasteAtlas xidməti dünyanın 100 ən yaxşı mətbəxinin növbəti reytinqini dərc edib.


 Siyahı xidmət istifadəçilərinin 395 mindən çox yemək dəyərləndirməsi və 115 mindən çox qida məhsullarının reytinqi əsasında tərtib edilib.

Birinci yerdə pizzanın vətəni olan İtaliya qərarlaşıb. Yaponiya ikinci, Yunanıstan isə üçüncü olub. İlk onluğa Portuqaliya, Çin, İndoneziya, Meksika, Fransa, İspaniya və Peru daxil olub.

Qardaş Türkiyə reytinqin 15-cisi (Kaymak, Antep fıstığı, Afyon sucuğu, Aydın inciri, Tulum peyniri ilə), İran isə 23-cü olub.

Keçmiş sovet respublikalarından - Gürcüstan 26-cı, Rusiya 41-ci, Ukrayna 53-cü, Ermənistan 69-cu (qeyd edək ki, Ermənistan bu siyahıda nar, ərik, çeçil, lori və matsoni ilə yer qazanıb...), Belarus 71-ci, Moldova 72-ci, Özbəkistan 76-cı, Azərbaycan 77-ci,  Qazaxıstan 90-cı, Qırğızıstan isə 92-ci yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan siyahıdakı yerini Abşeron zəfəranı, "Qutab"ı, "Şah plov"u, "Narşərab"ı və "Buğlama"sı ilə qazanıb.

P.S. Arzu edərdik ki, mətbəximiz dünya mətbəxlərinin reytinq siyahısında ilk üçlüyə düşsün. Çünki o buna layiqdir və dünya mətbəxləri sırasında öndə getdiyini dəfələrlə beynəlxalq mətbəx müsabiqələrindən, yarışmalarından almış olduğu mükafatlarla, medallarla sübut edib. 

Xatırladaq ki, Azərbaycanın UNESCO-nun Ümumdünya qeyri-maddi mədəni irs siyahısına daxil edilən 23 elementdən 2-si yeməklə bağlıdır: lavaş (2016) və dolma (2017).

Y.MƏMMƏDLİ

YORUM YAP

Yorum yapabilmek için kuralları kabul etmelisiniz.

Henüz bu içeriğe yorum yapılmamış.
İlk yorum yapan olmak ister misiniz?