Sitenin solunda giydirme reklamı denemesidir
Sitenin sağında bir giydirme reklam
Yasemen Memmedli
Köşe Yazarı
Yasemen Memmedli
 

AVROPANIN BU DÖVLƏTLƏRİ FƏLƏSTİNLƏ BAĞLI MÜRACİƏT ETDİ: "NÜFUZUMUZ TƏHLÜKƏDƏDİR"

Aİ ölkələrindən - İspaniya, Belçika, İrlandiya və Maltanın baş nazirləri Avropa Şurasının sədri Şarl Mişele müraciət ediblər. RTE-nin xəbərinə görə, dekabrın 14-15-də keçiriləcək Avropa Şurasının iclası ərəfəsində Mişelə ünvanlanməş məktubda “biz elə bir nöqtəyə gəldik ki, Aİ üç məsələdə irəliləməlidir” – davamlı humanitar atəşkəs, günahsız mülki əhalinin müdafiəsi üçün tədbirlər və iki dövlətli həllin həyata keçirilməsi üçün siyasi prosesə təcili ehtiyac var. “Avropa Şurasının 26 oktyabr tarixli nəticələrinə uyğun olaraq, iki dövlət həllini həyata keçirmək üçün tərəflərin iştirakı ilə beynəlxalq sülh konfransının tezliklə çağırılmasında israr etməliyik. Bu təklif Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə sammitində dəstəklənib”, - məktubda deyilir. Baş nazirlər qeyd ediblər ki, İsrail dövləti ilə yanaşı Fələstin dövlətinin də tanınması etibarlı perspektiv - regionda qarşılıqlı tanınma, sülh və təhlükəsizliyə doğru irəliləmək üçün zəruri əsasdır. "Bu, Fələstin və İsraildə milyonlarla insan üçün qaranlıq vaxtlardır. Avropada antisemitizm hadisələri yenidən baş verir və buna dözmək olmaz. Aİ-nin hərəkətə keçmə vaxtı çatıb. Nüfuzumuz təhlükə altındadır", - deyə baş nazirlər vurğulayıblar. Bu arada qeyd edək ki, AŞ sədri Josep Borrell bəyan edib ki, Avropa İttifaqı Qəzzadakı müharibə ilə bağlı İsrailyönlü qərəz və ikili standartlarda ittihamlar səbəbindən müsəlman dünyasında və onun hüdudlarından kənarda artan düşmənçiliklə üzləşir.  Xatırladaq ki, Avropa İttifaqı bir neçə gün öncə HƏMAS-ın iki hərbi rəsmisini sanksiya siyahısına salıb.  Qara siyahıya Fələstin HƏMAS hərəkatının yaraqlı qanadının - İzzəddin əl-Qəssam Briqadalarının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı daxildir. İtaliya, Almaniya və Fransa HƏMAS-a qarşı sanksiyalar təklifini dəstəkləyir. Y.MƏMMƏDLİ  
Ekleme Tarihi: 12 Aralık 2023 -Salı

AVROPANIN BU DÖVLƏTLƏRİ FƏLƏSTİNLƏ BAĞLI MÜRACİƏT ETDİ: "NÜFUZUMUZ TƏHLÜKƏDƏDİR"

Aİ ölkələrindən - İspaniya, Belçika, İrlandiya və Maltanın baş nazirləri Avropa Şurasının sədri Şarl Mişele müraciət ediblər.

RTE-nin xəbərinə görə, dekabrın 14-15-də keçiriləcək Avropa Şurasının iclası ərəfəsində Mişelə ünvanlanməş məktubda “biz elə bir nöqtəyə gəldik ki, Aİ üç məsələdə irəliləməlidir” – davamlı humanitar atəşkəs, günahsız mülki əhalinin müdafiəsi üçün tədbirlər və iki dövlətli həllin həyata keçirilməsi üçün siyasi prosesə təcili ehtiyac var.

“Avropa Şurasının 26 oktyabr tarixli nəticələrinə uyğun olaraq, iki dövlət həllini həyata keçirmək üçün tərəflərin iştirakı ilə beynəlxalq sülh konfransının tezliklə çağırılmasında israr etməliyik. Bu təklif Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə sammitində dəstəklənib”, - məktubda deyilir.

Baş nazirlər qeyd ediblər ki, İsrail dövləti ilə yanaşı Fələstin dövlətinin də tanınması etibarlı perspektiv - regionda qarşılıqlı tanınma, sülh və təhlükəsizliyə doğru irəliləmək üçün zəruri əsasdır.

"Bu, Fələstin və İsraildə milyonlarla insan üçün qaranlıq vaxtlardır. Avropada antisemitizm hadisələri yenidən baş verir və buna dözmək olmaz. Aİ-nin hərəkətə keçmə vaxtı çatıb. Nüfuzumuz təhlükə altındadır", - deyə baş nazirlər vurğulayıblar.

Bu arada qeyd edək ki, AŞ sədri Josep Borrell bəyan edib ki, Avropa İttifaqı Qəzzadakı müharibə ilə bağlı İsrailyönlü qərəz və ikili standartlarda ittihamlar səbəbindən müsəlman dünyasında və onun hüdudlarından kənarda artan düşmənçiliklə üzləşir.

 Xatırladaq ki, Avropa İttifaqı bir neçə gün öncə HƏMAS-ın iki hərbi rəsmisini sanksiya siyahısına salıb.

 Qara siyahıya Fələstin HƏMAS hərəkatının yaraqlı qanadının - İzzəddin əl-Qəssam Briqadalarının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı daxildir. İtaliya, Almaniya və Fransa HƏMAS-a qarşı sanksiyalar təklifini dəstəkləyir.

Y.MƏMMƏDLİ

 

Yazıya ifade bırak !
Okuyucu Yorumları (0)

Yorumunuz başarıyla alındı, inceleme ardından en kısa sürede yayına alınacaktır.

Yorum yazarak Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve kalpgazetesi.com sitesine yaptığınız yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan tüm yorumlardan site yönetimi hiçbir şekilde sorumlu tutulamaz.
Sitemizden en iyi şekilde faydalanabilmeniz için çerezler kullanılmaktadır, sitemizi kullanarak çerezleri kabul etmiş saylırsınız.